Bu gün İrəvanda etirazçılarla polis əməkdaşları arasında insident baş verib.
NOCOMMENT teleqraf-a istinadən xəbər verir ki, Alixanyan Qardaşları küçəsində yaşayanlar ətrafda aparılan tikintiyə etiraz edib.
Əraziyə polis cəlb edilib və qısa müddət sonra əsl qarşıdurma yaranıb. Əsəbləşən polis məmurları qadınlar daxil olmaqla etiraz edənləri döyüblər. Bu zaman polis hərəkətləri “qandal tax” sözləri ilə müşayiət olunub.











