Çörək ucuzlaşa bilər - Əhalinin gözləndisi

Çörək ucuzlaşa bilər - Əhalinin gözləndisi

Hörmüz boğazında gərginliyin azalması və gəmiçiliyin bərpa olunması qlobal enerji bazarlarında müəyyən sabitlik yaradıb. Bu vəziyyət neft və daşınma xərclərinin aşağı düşməsinə təsir göstərə biləcəyindən, dünya bazarlarında bir sıra məhsulların, o cümlədən buğdanın qiymətinə də təsirsiz ötüşmür. Digər tərəfdən, enerji və ərzaq qiymətlərində baş verən dəyişikliklər təkcə istehlak bazarı ilə məhdudlaşmır, ümumi iqtisadi proseslərə də təsir edir. Bu baxımdanqlobal bazarlardakı qiymət enişlərinin Azərbaycanın inflyasiya göstəricilərinə, əhalinin alıcılıq qabiliyyətinə və biznes mühitinə necə təsir göstərə biləcəyi maraq doğuran məsələlərdən biridir.

Azərbaycanda buğda və çörək qiymətləri ucuzlaşa bilərmi?

NOCOMMENT.az xəbər verir ki, İqtisadçı Xalid Kərimlinin neft qiymətlərinin buğda qiymətinə birbaşa təsiri olmadığını bildirib.

Ekspert qeyd edib ki, bu təsir gübrə vasitəsilə olur:

“Buğda üçün zəruri olan gübrə və dərman xərcləri artdıqda hər hansı təsir mümkündür. Neftin qiyməti 100-120 dollar olanda belə çörək bahalaşmadı. Buna görə də qiymətin aşağı düşəcəyini gözləmək doğru deyil. Digər tərəfdən, logistik xərclərin aşağı düşməsi üçün müəyyən müddət lazımdır. Üstəlik, qiymətlər növbəti müqavilələrdən də asılıdır. Buğda bazarında qiymət razılaşmaları fyuçers müqavilələri əsasında tənzimlənir. Gələcəkdə neftin qiymətinin aşağı düşməsi ilə logistik xərclər də azala bilər, nəticədə əksər məhsulların qiymətində eniş ola bilər”.\\musavat.com