SON DƏQİQƏ! Prezident maaşlarla bağlı FƏRMAN imzaladı

SON DƏQİQƏ! Prezident maaşlarla bağlı FƏRMAN imzaladı

Prezident İlham Əliyev Xarici İşlər Nazirliyində (XİN) xidmət keçən diplomatik xidmət əməkdaşlarının aylıq vəzifə maaşlarının, həmçinin diplomatik rütbəyə və təmsilçiliyə görə əlavə haqların məbləğlərinin təsdiq edilməsi haqqında fərman imzalayıb.

NOCOMMENT.az xəbər verir ki, fərmanla diplomatik xidmət əməkdaşlarının əməyinin ödəniş pillələri üzrə aylıq vəzifə maaşlarının, rütbə və təmsilçilik haqlarının dəqiq məbləğləri təsdiq edilib.

Təsdiq olunmuş cədvələ əsasən, ödəniş pillələrindən asılı olaraq bəzi diplomatik vəzifələr üzrə aylıq vəzifə maaşları aşağıdakı tərkibdə müəyyən olunub:

Xüsusi tapşırıqlar üzrə səfir, idarə rəisi: 8 245 – 9 485 manat

Müşavir: 6 175 – 7 100 manat

Şöbə müdiri: 4 970 – 5 715 manat

Birinci katib: 4 625 – 5 315 manat

Attaşe: 3 720 – 4 280 manat

Sənəddə xarici işlər naziri və onun müavinlərinin aylıq vəzifə maaşlarının müvafiq qaydada digər fərmanla tənzimləndiyi qeyd olunub.

Fərmana əsasən, diplomatik rütbələrə görə verilən aylıq əlavə haqlar Fövqəladə və səlahiyyətli səfir üçün 550 manat, Müşavirlər üçün 350-400 manat, Katiblər üçün 225-300 manat, Attaşe rütbəsi üçün isə 200 manat təşkil edir. Bundan başqa, vəzifə adlarına uyğun olaraq diplomatlara 180 manatdan 400 manatadək dəyişən aylıq təmsilçilik haqları da ödəniləcək.

Qeyd olunub ki, Azərbaycanın xaricdəki diplomatik nümayəndəlik və konsulluqlarında çalışan əməkdaşların yeni dövlət məvacibi müəyyən edilənədək, onlara ödənişlər əvvəlki qaydada və məbləğdə davam etdiriləcək.

Maliyyələşmə dövlət büdcəsində XİN-in saxlanılması xərcləri hesabına həyata keçiriləcək. Bu fərmanın qüvvəyə minməsi ilə Prezidentin 2008-ci il 9 iyul tarixli müvafiq sərəncamı ləğv edilib. Fərman 2026-cı il yanvarın 1-dən tətbiq olunur.