Qurban Qurbanov Marko Yankoviç barədə qərar verdi

Qurban Qurbanov Marko Yankoviç barədə qərar verdi

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov heyətin əsas üzvlərindən olan futbolçunu buraxmaq istəmir.

NOCOMMENT.az xəbər verir ki, söhbət Marko Yankoviçdən gedir. Futbolçuya başqa ölkələrdən təkliflər olsa da, təcrübəli mütəxəssis onun komandada qalmasını istəyir. Bu səbəbdən də Yankoviçlə bağlı bütün təkliflər geri çevriləcək.

Qurban Qurbanov monteneqrolu futbolçunun yerinin çətin dolacağını düşünür. Ona görə də onun satılmasına razılıq verməyib.

O, 2022-ci ildən Ağdam təmsilçisində çıxış edir. Futbolçu cari mövsüm "Qarabağ" forması ilə 39 oyunda forma geyinib, 4 qol vurub və 3 assist edib.