Ermənistanda koronavirusa yoluxanların sayı 822 nəfər oldu

Ermənistanda koronavirusa yoluxanların sayı 822 nəfər oldu

Ermənistanda daha 52 nəfərdə yeni koronavirus infeksiyasına yoluxma qeydə alınıb.

NOCOMMENT.az erməni mətbuatına istinadən xəbər verir ki, indiyə kimi ölkədə infeksiyaya yoluxanların sayı 822 nəfərdir. Qeyd edək ki, bu günə qədər Ermənistanda koronavirus infeksiyasına yoluxanlardan 57 nəfər sağalıb, 7 xəstə isə ölüb.