Ermənistanda koronavirusa yoluxanların sayı 850-ni ötdü

Ermənistanda koronavirusa yoluxanların sayı 850-ni ötdü

Ermənistanda koronavirusa yoluxanların sayı 853-ə çatıb.

NOCOMMENT.az erməni mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Arsen Torosyan bildirib. O deyib ki, 8 pasiyentin vəziyyəti çox ağır, 35-nin durumu ağırdır.

Son sutka ərzində Ermənistanda daha 20 nəfər virusa yoluxub. Bu günədək 8 nəfər pandemiyadan ölüb.