Ermənistanda kütləvi zəhərlənmə

Ermənistanda kütləvi zəhərlənmə

Ermənistanın Şirak vilayətində əhali arasında kütləvi zəhərlənmə baş verib.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Ayrum kəndinin 43 sakini kəskin bağırsaq infeksiyası ilə Gümrüdəki xəstəxanaya müraciət edib. Onlardan 23-ü xəstəxanaya yerləşdirilib.

Nazirlik zəhərlənən şəxslərin açıq yerdə hazırlanmış kabab yediklərini bildirib. Qeyd olunub ki, məhsul bir neçə gün soyuducuda saxlanılmayıb və zəhərlənməyə səbəb olub.

Xəstəxanaya yerləşdirilənlərin vəziyyəti orta-ağır qiymətləndirilir.