Ermənistanda qızılcaya yoluxanların sayı artıb

Ermənistanda qızılcaya yoluxanların sayı artıb

Ermənistanda qızılcaya yoluxanların sayı 322 nəfərə çatıb.

NOCOMMENT.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Səhiyyə Nazirliyi məlumat yayıb.

“6 nəfər xəstəxanaya yerləşdirilib. Ümumilikdə yoluxanların 222-si uşaqdır”, – deyə məlumatda qeyd olunub.

Nazirlikdən bildirilib ki, yoluxanların sayında artım müşahidə edilir.