Ermənistanın keçmiş polis rəisi Vladimir Qasparyanın adı daha bir cinayət işində hallanır.
NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğunun Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, keçmiş polis rəisi “Dinamo” İdman Cəmiyyətinin rəhbəri olarkən qurumun qapalı hovuzunu və ona bitişik tikililəri “bağışlamağa” cəhd edib.
Belə ki, o, 2017-ci ildə saxta sənədlər əsasında cəmiyyətə məxsus olduğu güman edilən 5902 kv.m sahəsi olan bina və 1,1 ha torpaq sahəsini futbol klubun bağışlamağa, bununla da, təxminən, 858 milyon dram (təxminən 2 milyon dollar) dəyərində əmlakı mənimsəməyə çalışıb.
Saxta sənədlər qeydiyyat üçün Kadastr Komitəsinə təqdim edilib, lakin məlum olub ki, torpaq “Dinamo”ya deyil, İrəvan icmasına məxsusdur. Bundan sonra təqdimat rədd edilib.
Xatırladaq ki, daha əvvəl Ermənistanın Baş Prokurorluğu keçmiş polis rəisi Qasparyanın həyat yoldaşı və qızına qarşı cinayət işi başladıb.












