Xəbər verdiyimiz kimi, dekabrın 10-da Ermənistanda cənub istiqamətində yerləşən hərbi hissələrin birində hərbçi əsgər yoldaşlarını güllələmişdi. Nəticədə, 19 yaşlı əsgər Senik Arzumanyan ölmüş, daha iki hərbçi isə yaralanmışdı.
NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir kibu barədə Ermənistanın İstintaq Komitəsinin Mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, insidentlə bağlı başladılmış cinayət işi çərçivəsində yoldaşlarını güllələyən hərbçi həbs edilib.
İnsidenti törədən hərbçi bir müddət əvvəl saxlanılmışdı. Hüquq-mühafizə orqanlarının əməkdaşları həyata keçirdikləri istintaq zamanı bir sıra mühüm faktlar üzə çıxıb. Əldə olunan sübutlar əsasında şübhəli şəxsə qarşı ittiham irəli sürülüb və o həbs olunub.












