Gəncə İdman Sarayının tikintisinə 4,6 mln. manat ayrılıb

Gəncə İdman Sarayının tikintisinə 4,6 mln. manat ayrılıb

Gəncə şəhəri İcra Hakimiyyəti Gəncə şəhərində idman sarayının tikintisinə dair keçirilən tenderin qalibini müəyyənləşdirib.

NOCOMMENT.az xəbər verirki, “Elektron satınalma” portalının verdiyi məlumata görə, tender komissiyasının qərarına əsasən, İcra Hakimiyyətinin elan etdiyi tenderin qalibi “Rövşən Oğuz Qrup” MMC seçilib. Bu şirkətlə tikinti işlərinin görülməsinə dair ümumi dəyəri 4,6 mln. manat təşkil edən müqavilə imzalanıb.

APA