Gəncədə ildırım qaz xəttində yanğına səbəb oldu

Gəncədə ildırım qaz xəttində yanğına səbəb oldu

Gəncədə ildırım qaz xəttini vurub.

NOCOMMENT.az bildirir ki, hadisə şəhərin Tağı Arani küçəsində qeydə alınıb. Sözügedən ünvandan keçən qaz xəttinə bitişik ağac yanıb, qaz xəttinə ziyan dəyib.

Hazırda qərb bölgəsində qeyri-sabit hava şəraiti davam edir. /APA