Brovarıya endirilən hava zərbəsi nəticəsində bir nəfər həlak olub. Hərbçilər hərbi düşərgəni boşaldırlar.
NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna DİN rəhbərinin müşaviri Anton Geraşenko deyib.
“Hava hücumu zamanı 161 saylı Brovarı hərbi şəhərciyində bina yanıb, 3-cü və 4-cü mərtəbələrdə 4 mərtəbəli evə qismən ziyan dəyib, hərbçilər təxliyə olunur. İlkin məlumata görə, 1 ölü, 6 yaralı var”, – deyə o bildirib.
Bundan əlavə, Mariupolda bir uşaq və üç mülki şəxs yaralanıb.












