Gürcüstanın Milli Bankının koronavirusa yoluxan əməkdaşlarının sayı artıb.
NOCOMMENT.az gürcü mətbuatına istinadən xəbər verir ki, ötən həftə 7 əməkdaşında COVID-19 infeksiyası təsdiqlənən bankın hazırda virusa yoluxan əməkdaşlarının sayı 16 nəfər təşkil edir.
Həmin şəxslərin hazırkı durumlarının qənaətbəxş olduğu bildirilib.












