Gürcüstanda daha 14 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
NOCOMMENT.az gürcü mediasına istinadən xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi İnternet saytında bildirilib. Qeyd olunub ki, bununla da ölkədə təsdiqlənmiş yoluxma hallarının sayı 188 nəfərə çatıb.












