Gürcüstanda koronavirusdan ikinci ölüm hadisəsi qeydə alınıb.
NOCOMMENT.az gürcü mətbuatına istinadən xəbər verir ki, həmin şəxs 81 yaşlı qadındır. Bu barədə Tiflisin Birinci universitet klinikasının baş həkimi Levan Ratiani məlumat verib. Onun sözlərinə görə, qadın bir neçə xroniki xəstəlikdən əziyyət çəkirmiş, ona görə də müalicənin xeyri olmayıb.
Bununla qonşu ölkədə COVID-19 infeksiyasından dünyasını dəyişənlərin sayı iki nəfərə çatıb.












