Gürcüstanda daha səkkiz nəfərin koronavirusa yoluxması təsdiqlənib.
NOCOMMENT.az gürcü mətbuatına xəbər verir ki, bununla ölkədə COVID-19 infeksiyasına yoluxanların sayı 170-ə çatıb, onların 36-sı sağalıb, 1-i isə ölüb. Hazırda karantində 5 067, stasionar nəzarətdə isə 330 nəfər saxlanılır.












