Gürcüstanda koronavirusdan ölən şəxs azərbaycanlıdır – YENİLƏNİB

Gürcüstanda koronavirusdan ölən şəxs azərbaycanlıdır – YENİLƏNİB

Gürcüstanda koronavirusdan ölən qadın azərbaycanlıdır.

NOCOMMENT.az “Report”un yerli bürosuna istinadən xəbər verir ki, o, Bolnisi rayonunun Kəpənəkçi kənd sakini olub.

Dünyasını dəyişən pasiyent 79 yaşlı qadındır. O, martın 31-də xəstəxanaya yerləşdirilib. Qadın bir sıra digər xəstəliklərdən də əziyyət çəkirmiş.

Bu günə qədər Gürcüstanda koronavirusa 157 nəfər yoluxub ki, onların da 28-i tam sağalıb.