İran İslam İnqilabı Keşikçiləri Korpusunun üzvləri Rusiyanın ilhaq etdiyi Krıma gəlib və Rusiya hərbçilərinə “Şahed-136” kamikadze pilotsuz uçan aparatlarından istifadə etmək üçün təlim keçirlər.
NOCOMMENT teleqraf-a istinadən xəbər verir ki, bu barədə Amerika Müharibə Araşdırmaları İnstitutunun (ISW) analitiklərinin hesabatında deyilir.
Hesabatda bildirilir ki, Ukraynadakı iranlı personal yəqin ki, pilotsuz təyyarələrin təlimatçılarıdır: “Lakin iranlı təlimatçılar pilotsuz təyyarələri özləri idarə edir, yoxsa sadəcə Rusiya hərbçilərinə bunu öyrədirlər?.. Məsələ aydın deyil”.
ABŞ bəyan edib ki, BMT Təhlükəsizlik Şurasında Rusiyaya İran PUA-larının tədarükü ilə bağlı məsələni qaldıracaq
Ekspertlər qeyd edirlər ki, sentyabrın ortalarından etibarən Rusiya hərbçiləri Ukraynadakı mülki hədəflərə qarşı onlarla “Şahed-136” göndərib.












