İranla Rusiya arasında şok anlaşma – Tehranın yeni vədi…

İranla Rusiya arasında şok anlaşma – Tehranın yeni vədi…

İran pilotsuz uçan aparatlardan (PUA) sonra bu dəfə Rusiyaya ballistik raketlərlə tədarük etməyə hazırlaşır.

NOCOMMENT teleqraf-a istinadən xəbər verir ki, bu barədə İngiltərənin “Röyter” agentliyi məlumat yayıb.

Agentlik İranın rəsmi mənbələrinə istinadla yazır ki, Tehran Moskvaya çoxsaylı kamikadze dronlarından əlavə ballistik raket vədi verib.

Məlumata görə, müqavilə oktyabrın 6-da İranın birinci vitse-prezidenti Məhəmməd Mohber, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) iki yüksək rütbəli rəsmisi və ölkənin Ali Milli Təhlükəsizlik Şurasının rəsmisinin Moskvaya səfəri zamanı imzalanıb.

Səfərin təfərrüatından xəbəri olan iranlı diplomatlardan biri “Röyter”ə deyib: “Ruslar İrandan çox sayda pilotsuz təyyarələr və yüksək dəqiqliyə malik ballistik raketlər, xüsusən də “Fateh” və “Zülfüqar” istəyir”.

Digər bir iranlı diplomat isə agentliyə bunu söyləyib: “Harada istifadə olunması satıcının problemi deyil. Biz Ukrayna böhranında Qərb kimi tərəf tutmuruq. Böhranın diplomatik yollarla bitməsini istəyirik”.

“Röyter” iddia edir ki, anlaşma üzrə alınmış dron və raketlərin Rusiyaya çatdırılması yaxın gələcəkdə 2-3 partiya formasında həyata keçiriləcək.