İraqda 3 türk əsgəri şəhid oldu

İraqda 3 türk əsgəri şəhid oldu

İraqın şimalında Türkiyə ordusunun 3 hərbçisi şəhid olub.

NOCOMMENT rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Hadisə Şimali İraqda “Pəncə-Yıldırım” əməliyyatı bölgəsində terrorçuların hücumu nəticəsində baş verib.

Türkiyə Silahlı Qüvvələrinin (TSK) bölgədə aşkar etdiyi hədəflər hava əməliyyatları ilə vurulub və ilkin məlumatlara görə, 6 terrorçu zərərsizləşdirilib.