İrəvanda bank rəhbərinin avtomobili partladıldı

İrəvanda bank rəhbərinin avtomobili partladıldı

Ermənistanın paytaxtı İrəvanda “Armeconombank”ın icraçı direktorunun avtomobili partladılıb.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, polisə daxil olan məlumata görə, hadisə bu gün yerli vaxtla saat 08:30-da İrəvanın Arabkir rayonunun Davtyan küçəsində baş verib.

Polislər müəyyən ediblər, “Armeconombank”ın icraçı direktoru Aram Xaçatryana məxsus “Lexus” markalı avtomobil naməlum səbəbdən partladılıb. İlkin məlumata görə, hadisə nəticəsində zərərçəkən olmayıb.

Partlayış Xaçatryanın sürücüsü avtomobili işə salıb bir neçə metr hərəkət etdikdən sonra baş verib.

Polisinin mətbuat xidməti hadisənin araşdııldığını bildirib.