İrəvan Ağsaqqallar Şurasının iclasında hakim "Mülki müqavilə" fraksiyası ilə müxalif "Ana Ermənistan" bloku arasında gərginlik şiddətli toqquşma ilə nəticələnib.
NOCOMMENT.az xəbər verir ki, insident iclas zamanı hakimiyyət təmsilçisi olan vitse-merin müxalif "Ana Ermənistan" fraksiyasının üzvü Gevorq Stepanyanı zalı tərk etməyə çağırması ilə başlayıb. Vitse-mer çıxışı zamanı "Ana Ermənistan" blokunun lideri Andranik Tevanyanın dövlətə xəyanətdə ittiham olunduğunu xatırladaraq qarşı tərəfi təxribata çəkməyə çalışıb.
Gevorq Stepanyan isə cavabında bildirib ki, vitse-merin iddialarını təsdiq edən heç bir məhkəmə qərarı mövcud deyil. Qısa müddətli şifahi mübahisə və qışqırıqlardan sonra hakim fraksiyanın üzvlərindən biri "Ana Ermənistan" fraksiyasının rəhbəri Manuk Sukiasyanın istiqamətində şüşə butulka atıb. Bundan dərhal sonra tərəflər arasında əlbəyaxa dava düşüb.
Qeyd edək ki, son dövrlər İrəvan Ağsaqqallar Şurasında hakimiyyət və müxalifət nümayəndələri arasında gərginlik pik həddə çatıb. Müxalifət üzvlərinə qarşı təzyiqlər, onların avtomobillərinin yandırılması və siyasi repressiyalarla bağlı iddialar tərəflər arasındakı münasibətləri daha da kəskinləşdirib.
Sara,












