Sabunçuda 71 yaşlı kişi ağacdan yıxılaraq öldü

Sabunçuda 71 yaşlı kişi ağacdan yıxılaraq öldü

Paytaxtın Sabunçu rayonunda 71 yaşlı kişi ağacdan yıxılaraq həyatını itirib.

NOCOMMENT.az xəbər verir ki, hadisə iyunun 18-də rayonun Kürdəxanı qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 1955-ci il təvəllüdlü Yamil Məmmədov ağacdan yıxılaraq ağır xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

Həkimlərin səylərinə baxmayaraq, o, ötən gün xəstəxanada vəfat edib.