Jurnalistlər Ermənistan parlamentində aranı qatdılar

Jurnalistlər Ermənistan parlamentində aranı qatdılar

Ermənistan parlamentinin bugünkü iclasında jurnalistlər etiraz aksiyası təşkil ediblər.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, onlar parlamentdə jurnalist fəaliyyəti ilə bağlı dəyişikliyə etiraz ediblər.

Müxbirlər baş nazirin çıxışı zamanı jurnalistlərin lojasında “Nikol, sən artıq jurnalist deyilsən”, “KİV hələ Nikolun dövründəki qədər qeyri-azad olmayıb” şüarları yazılmış plakatları şüşəyə yapışdırıblar. Təhlükəsizlik xidmətinin əməkdaşları jurnalistlərin etirazının qarşısını almaq üçün plakatların çıxarılmasını tələb ediblər, bundan sonra jurnalistlər plakatları əllərinə alıblar və Paşinyanla görüş tələb ediblər.

Jurnalisti Sona Qriqoryan deyib: “Biz Paşinyanın diqqətini cəlb etməyə çalışırıq ki, şəxsən gəlib suallarımıza cavab versin. Bura bizim iş yerimizdir və təhlükəsizlik işçiləri bizi buradan qova bilməzlər”.

Öz növbəsində, “Hraparak” qəzetinin müxbiri Vaqe Makaryan əlavə edib ki, parlamentin spikeri ilə görüş heç bir nəticə verə bilməz, çünki ölkədə hər şey bir nəfər tərəfindən idarə olunur – Paşinyan tərəfindən.

Jurnalistləri hazırda deputat olan həmkarları Taqui Tovmasyan və Qexam Manukyan dəstəkləyib, amma hər iki deputat müxalif düşərgədən olduğu üçün parlemtdə eşidilməyib.