KİV: Ermənistanda Baş prokurorun yerinə yeni kadr axtarılır

KİV: Ermənistanda Baş prokurorun yerinə yeni kadr axtarılır

Ermənistanın Baş prokuroru Artur Davtyanın 2022-ci ildə səlahiyyət müddəti başa çatdığına görə yerinə kadr axtarıılır.

NOCOMMENT report-a istinadən xəbər verir ki, bunu “Joxovurd” qəzeti yazıb.

Məqalədə qeyd olunub ki, Baş prokuror vəzifəsinə Ermənistan Milli Təhlükəsizlik Xidməti direktorunun müavini Andranik Simonyanın namizədliyi müzakirə olunur. Qeyd olunub ki, xidmətdə onu bu sistemin siması hesab etmir, Milli Təhlüksizlik Xidmətinin keçmiş direktoru Arqişti Kərəmyan kimi A.Simonyanı da təsadüfi adam sayırlar.

“Siyasi hakimiyyət səlahiyyət müddət başa çatanadək kadr yerdəyişməsi və onun yerinə yenisini təyin etmək üçün Baş prokuroru tutduğu vəzifədən azad edəcəkmi?”, – deyə məqalədə sual edilib.