Kiyev bombalanır: ölən və yaralananlar var – VİDEO

Kiyev bombalanır: ölən və yaralananlar var – VİDEO

Bu gün Ukraynanın paytaxtı Kiyevdə Bakı vaxtı ilə saat 07:47-də hava hücumu xəbərdarlığı edilib. Saat 8-dən sonra isə 3-4 partlayış səsi eşidilib.

NOCOMMENT yeniavaz-a istiandən xəbər verir ki, bu barədə bir sıra yerli ictimaiyyət nümayəndələri məlumat yayıblar.

Daha sonra hücumla bağlı məlumatı şəhərin meri Vitali Kliçko da təsdiqləyib. Partlayışlar Şevçenko rayonunda qeydə alınıb.

“Şevçenko rayonunda – paytaxtın mərkəzində bir neçə partlayış baş verib. Bütün xidmətlər həmin yerlərə gedir”, – deyə Kliçko bildirib.

Kliçko detalları daha sonra açıqlayacağını da vurğulayıb.

“Kiyevdə raketlərdən biri Volodimirski küçəsində Hruşevskinin abidəsi yaxınlığında düşüb. Xilasedicilər işləyir”, – deyə Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko sosial şəbəkə hesabında yazıb.

“Kiyevdə müxtəlif yerlərdə bir neçə zərbə nəticəsində yaralananlar və ölənlər var. Məlumat dəqiqləşdirilir”, – deyə Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin mətbuat katibi Svetlana Vodolaqa deyib.