Kiyevdəyəm, heç kimdən qorxmuram – Zelenski ofisindən VİDEO paylaşdı

Kiyevdəyəm, heç kimdən qorxmuram – Zelenski ofisindən VİDEO paylaşdı

Ukrayna prezidenti Volodimir Zelenski Bankovaya küçəsindən video çəkib və Kiyevdə qaldığını vurğulayıb.

NOCOMMENT xəbər verir ki, o, çəkdiyi videonu rəsmi sosial şəbəkə hesablarında yayımlayıb.

“Budur, Kiyev axşamı, ofisimiz. Bazar ertəsi, axşam… Bu gün mübarizəmizin, müdafiəmizin 12-ci axşamıdır. Hamımız tarladayıq, hamı işləyir. Hər kəs olması lazım olan yerdədir. Mən də varam. Kiyev, komandam mənimlədir”, – deyə prezident qeyd edib.

“Mən burada qalıram, Kiyevdə qalıram. Bankovayada. Gizlənmədən. Həm də heç kimdən qorxmuram”, – deyə Zelenski əlavə edib.