Ermənistanın eks-prezidenti Robert Köçəryana qarşı yeni ittihamlar irəli sürülüb.
NOCOMMENT modern.az-a istinadən xəbər verir ki, bu barədə prokuror Gevork Baqdasaryan açıqlama verib.
Baqdasaryanın fikrincə, Konstitusiya Məhkəməsinin Köçəryana qarşı “konstitusion quruluşun devrilməsi” maddəsi ilə açdığı cinayət işinə xitam verməsi proseduru pozuntularla müşahidə olunub.
“İlk növbədə, Köçəryan və digər ittiham olunan şəxslər məhkəmə qərarı zamanı iclasda olmayıblar. İkincisi, maddənin anti-konstitusion tanınması cinayət tərkibinin olmaması anlamına gəlmir”.
Baqdasaryanın fikrincə, yeni reallıq fonunda Konstitusiya Məhkəməsi Köçəryana qarşı yeni ittihamların irəli sürülməsinə dəstək ola bilər.












