“Əsas olan oldu – qarşılıqlı zorakılığın qapalı dairəsi pozuldu. Bir şans var – sülh deyilsə də, heç olmasa atəşkəs üçün. Heç nədənsə, belə olması daha yaxşıdır”.
NOCOMMENT qaynarinfo-ya istinadən xəbər verir ki, bu sözləri Rusiya Federasiya Şurası Beynəlxalq Məsələlər Komitəsinin rəhbəri Konstantin Kosaçev deyib və Azərbaycanla Ermənistan arasında atəşkəs razılaşmasının qəbulundan sonra ölkələr arasında barışıq şansının olduğunu bildirib.
Onun sözlərinə görə, yenidən ortaya təxribatçılar çıxsa, onların bunu bilmələri lazımdır: “Atəş açacaqları öz adamları, öz əsirləri və yaralananları olacaq”.
Kosaçev hesab edir ki, əsas məsuliyyət münaqişə tərəflərinin üzərinə düşür. O, atəşkəs rejiminin konkret parametrləri, əsir və ölü mübadiləsi barədə razılığa gəlməyin lazım olduğunu xatırladıb.
“10 saat davam edən mürəkkəb məsləhətləşmələrdən sonra qan tökülməsini dayandırmağın mümkün olması hər cür tərifə layiqdir. Əlbəttə, qana ehtiyac yoxdur. Çox əhəmiyyətli bir iş görüldü”, – deyə Kosaçev əlavə edib.












