Kremldə Çeçenistan rəhbəri Ramzan Kadırovun Ukraynadakı əməliyyat zonasına səfəri ilə bağlı məlumat yoxdur.
NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Kadırovun Ukraynaya getməsi ilə bağlı sualı cavablandırarkən deyib.
“Məncə, o, iddia etməyib ki, Ukraynada olub. Birbaşa bəyanatlar olmayıb, ona görə də sizdən xahiş edirəm ki, respublika rəhbərinin Çeçenistandakı administrasiyası ilə əlaqə saxlayasınız”, – deyə Peskov bildirib.










