KTMT-nin növbəti iclası İrəvanda keçiriləcək

KTMT-nin növbəti iclası İrəvanda keçiriləcək

KTMT-yə üzv ölkələrin Təhlükəsizlik Şurası katibləri komitəsinin növbəti iclası Ermənistanın paytaxtı İrəvanda keçiriləcək.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, iclas iyunun 17-də baş tutacaq.

İclasa Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan sədrlik edəcək. Komitənin dar və geniş tərkibdə iclasında qurumun məsuliyyəti sahəsində vəziyyətin müzakirəsi planlaşdırılır.

İştirakçılar KTMT-yə üzv dövlətlərin üzləşdiyi təhdid və çağırışların neytrallaşdırılması üzrə tədbirləri nəzərdən keçirəcək, bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar. Görüşdən sonra Armen Qriqoryan və KTMT-nin baş katibi Stanislav Zas bəyanatla çıxış edəcəklər.