Bir neçə gündür ki, sosial şəbəkələrdə bloqer Aleksandr Lapşinin Qarabağa qanunsuz səfəri müzakirə olunur.
NOCOMMENT xəbər verir ki, bloger yutub kanalında bu barədə video paylaşıb.
Videoda Laçın dəhlizi ilə hərəkətdə olarkən Aleksandr Lapşin üzünü bağlayır, qara eynək taxır.
Bloger qeyd edir ki, Laçın dəhlizi boyunca ərazilər Azərbaycan hərbçilərinin nəzarəti altındadır və Qarabağa gedən hər bir nəqliyyat vasitəsi kameralar vasitəsilə qeydə alınır: “Azərbaycanlılar dəhliz boyunca bir neçə kamera quraşdırıblar. Onlar dəhlizdən gedən avtomobillərin nömrələrin fotolarını və şəxslərin üzlərini çəkir, insanları sayırlar. Bununla da, nəqliyyat vasitələri, insanların sayı ilə bağlı statistik məlumatlar toplayırlar”.
O, həmçinin dəhlizlə hərəkətdə olarkən telefonları söndürməyi məsləhət görüb.












