Mahaçqala-Bakı aviareysi ləğv OLUNDU

Mahaçqala-Bakı aviareysi ləğv OLUNDU

Mahaçqala ilə Bakı arasında aviareyslər bərpa olunmadan ləğv edilib.

NOCOMMENT modern.az-a istinadən xəbər verir ki, bu, Azərbaycan hökuməti tərəfindən uçuş üçün icazənin geri alınması ilə əlaqədardır.

“Azərbaycan tərəfi “Utair” şirkətinə uçuşlar həyata keçirmək üçün verdiyi icazəni ləğv edib”, – deyə Dağıstan Hava Limanının mətbuat xidmətindən bildirilib. İcazənin ləğvinin səbəbləri açıqlanmayıb.

Xatırladaq ki, “Utair” iyunun 3-dən Mahaçqaladan Bakıya uçuşları bərpa etmək niyyətində idi.