Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən sonra Ermənistan Baş naziri Nikol Paşinyan Qarabağdakı separatçı tör-töküntülərinin terrorçu rəhbəri Araik Arutyunyanı qəbul edib.
NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bu barədə Azadlıq Radiosu məlumat yayıb.
Qeyd edək ki, Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında keçirilən rəsmi görüş zamanı Qarabağ müzakirə olunmayıb.
Rəsmi Bakı Qarabağla bağlı heç bir müzakirə aparmır və münaqişənin artıq keçmişdə qaldığını qəti şəkildə elan edib. Buna görə də Paşinyanın İrəvana qayıdan kimi terrorçu Arutyunyanla görüşməsi qəribə görünür.












