Ermənistan baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı səhvindən danışıb.
NOCOMMENT modern.az-a istinadən xəbər verir ki, o, 2018-ci ilə qədər aparılan danışıqların məğzini ictimaiyyətə açıqlamadığı üçün peşman olduğunu deyib.
“2018-ci ildə danışıqların mənə qalan mirasını açıqlamamaqda səhv etdiyimi düşünürəm. Başçılıq etdiyim hökumət müharibənin nəticələrinə görə günahkardır”.









