Ermənistan baş naziri Nikol Paşinyan Qarabağda gedən döyüşlər barədə öz fikirlərini bölüşüb.
NOCOMMENT modern.az-a istinadən xəbər verir ki, o, bəzi əsgərlərin döyüş mövqelərini tərk etdiyini, orduda panika yaradan şəxslərin saxlanıldığını deyib.
“Bir neçə gün əvvəl məlumat almışam ki, döyüş bölgəsinə gedən şəxslər əsgərlərə – “Nikol torpaqları satıb, bu şərti müharibədir, sizi qırğına verəcəklər və mövqeləri saxlamaq mənasızdır”, – deyə çağırışlar edib.
Bu sözlər, hətta hədələr nəticəsində bəzi əsgərlər mövqelərini tərk edərək geri çəkiliblər. Mənim göstərişimlə Milli Təhlükəsizlik Xidməti araşdırmalara başlayıb və əsgərlər arasında panika yaradan Xankəndi sakini saxlanılıb”, – deyə Baş nazir bildirib.
Paşinyan panikaya qapılan bir çox əsgərlərin döyüş mövqeyini tərk etdiyini söyləyib.












