Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Mənbə bildirir ki, söhbət zamanı koronavirusla mübarizə və ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib.
“Koronavirus infeksiyasının yayılmasına qarşı görülən tədbirlər müzakirə edildi” deyib. Açıqlamada deyilir ki, Ermənistan baş naziri Rusiyaya verdiyi yardımlara görə böyük təşəkkürünü bildirib.
Putin və Paşinyan, eyni zamanda, ikitərəfli əməkdaşlığın və AİB vasitəsilə qarşılıqlı fəaliyyətin bəzi aktual məsələlərinə də toxunublar. Bundan əlavə, qarşıdakı görüşlərin də cədvəli müzakirə edilib.
KONKRET.az












