Paşinyan tərəfdarlarını küçələrə səsləyə bilər

Paşinyan tərəfdarlarını küçələrə səsləyə bilər

Müxalifətlə Ermənistan hakimiyyətinin paralel addımları geridönməz nəticələr verə bilər.

NOCOMMENT xəbər verir ki, bu barədə “Qraparak” qəzeti yazıb.

“Müxalifətin başlatdığı küçə mübarizəsinin ilk günlərində iqtidar partiyası ilə bağlı deputatlar 9 noyabr 2020-ci il tarixindən sonra olduğu kimi, cavab mitinqlərinin ssenarilərini müzakirə etdilər”, – deyə erməni nəşri qeyd edib.

Məqalədə bildirilir ki, Ermənistan hüquq-mühafizə orqanları baş nazir Paşinyanı belə bir addım atmamağa çağırıblar: “Çünki indi hökumətə qarşı çıxanların sayı müharibədən sonra olduğundan daha çoxdur və iki əks düşərgənin hərəkətləri geridönməz nəticələrə səbəb ola bilər”.