Ermənistanda Paruyr Ovannisyan xarici işlər nazirinin yeni müavini təyin edilib.
NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan qərar imzalayıb. Qərara əsasən, Ermənistanın Avropa Şurasındakı keçmiş daimi nümayəndəsi Paruyr Ovannisyan Ermənistan xarici işlər nazirinin müavini təyin edilib.
Qeyd edək ki, 2016-cı ildə Ovannisyan Ermənistanın Avropa Şurasındakı daimi nümayəndəsi vəzifəsinə təyin edilmişdi. 2021-ci il noyabrın 1-də isə prezidentin qərarı ilə o, vəzifəsindən kənarlaşdırılmışdı.












