Ermənistanın Baş naziri Nikol Paşinyan iki yüksək vəzifəli məmuru vəzifəsindən azad edib.
NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, Paşinyanın qərarı ilə səhiyyə nazirinin müavini Artyom Smbatyan və Dövlət Gəlirləri Komitəsinin sədr müavini Rafik Maşadyan istefaya göndəriliblər.
Daha əvvəl KİV-də yayılan məlumatlara görə, Smbatyan Maşadyanı vəzifəsində əvəz edəcək, lakin bu barədə rəsmi açıqlama hələ verilməyib.









