Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın davranışı yenidən tənqidlərə səbəb olub.
NOCOMMENT.az xəbər verir ki, onun müharibədə öldürülmüş ermənilərdən birinin ailəsini ziyarət etməsi cəmiyyətdə qıcıq yaradıb.
Akopyan bununla neçənci dəfədir ki, yasda olan əsgər ailələrini ziyarətə gedərkən, toya bəzənirmiş kimi geyinir, ya da üzündən təbəssüm, sevinc hissi əskik olmur. Onun növbəti ziyarətindən sonra paylaşılan fotolarda da yenidən qəmli sima əvəzinə sevincli, xoşbəxt göründüyü sezilir.













