Ermənistan Baş naziri Nikol Paşinyanın qaynı, Anna Akopyanın qardaşı, hakim “Vətəndaş Müqaviləsi” fraksiyasından deputat Qraçya Akopyan bu gün Ermənistan parlamentində baş verən insident zamanı zaldan çıxarılıb.
NOCOMMENT report-a istinadən xəbər verir ki, Q.Akopyan təhlükəsizlik xidmətinin əməkdaşı tərəfindən zaldan çıxarılarkən ana söyüşü söyməyə başlayıb.
Həmin anlar “Hraparak” qəzetinin müxbiri tərəfindən lentə alınıb.
Sakitləşdikdən sonra jurnalistlərlə söhbət edən Paşinyanın qaynı deputat həmkarı Ayk Sarkisyanın parlamentdə insidentə səbəb olan Ermənistanın bütün keçmiş müdafiə nazirlərinin satqın olması fikrini təkrar edib – Sarkisyanın məhz bu ifadəsindən sonra zalda olan keçmiş müdafiə naziri Seyran Ohanyan onu su butulkası atmışdı.









