Paşinyanın qaynı Ermənistan MTX-yə çağırıldı

Paşinyanın qaynı Ermənistan MTX-yə çağırıldı

Ermənistanın hakim “Vətəndaş müqaviləsi” partiyasının üzvü, Baş nazir Nikol Paşinyanın qaynı Qraçya Akopyan parlament binasında bu yaxınlarda baş vermiş davadan sonra Ermənistan Milli Təhlükəsizlik Xidmətinə çağırılıb.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, məlumatı Akopyan özü təsdiqləyib: “Bəli, məni Milli Təhlükəsizlik Xidmətinə çağırdılar və müvafiq izahatlar verdim. Bu iki gün əvvəl olub”.

Deputat güc strukturuna hansı statusda – şahid, yoxsa şübhəli şəxs kimi çağırıldığını söyləməkdə çətinlik çəkib. O hesab edir ki, proses statusun dəqiqləşdirilməli olduğu mərhələyə çatmayıb. Akopyan insidentin digər iştirakçılarının MTX-yə çağırılıb-çağırılmaması barədə məlumatı olmadığını deyib.

Deyilənlərə əlavə edəcək heç nə olmadığını deyən millət vəkili dava ilə bağlı şərh vermək istəməyib.
Xatırladaq ki, dava dekabrın 7-də hakim “Vətəndaş müqaviləsi” fraksiyasının deputatları ilə “Ermənistan” fraksiyasından olan deputatların köməkçiləri arasında baş verib.