Peskov TV-də müharibə əleyhinə plakatın nümayişinə münasibət bildirib

Peskov TV-də müharibə əleyhinə plakatın nümayişinə münasibət bildirib

“ORT 1” telekanalının “Vremya” proqramı efirdə yayımlanan zaman qızın davranışı xuliqanlıqdır.

NOCOMMENT rus mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “Birinci” kanalın efirində müharibə əleyhinə şüarlar yazılmış plakatın nümayişi ilə bağlı sualı cavablandırarkən bildirib.

Onun sözlərinə görə, kanal və uyğun qurumlar bu məsələyə aydınlıq gətirəcək: “Bu, bizim gündəlik məsələ deyil. O ki qaldı qıza, o, xuliqanlıq edib”.

Qeyd edək ki, martın 14-də “Vremya” verilişi yayımlanan zaman “ORT 1” telekanalının redaktoru Marina Ovsyannikova “Müharibəyə yox! Buradan aparılan təbliğata inanmayın!” yazılmış plakat göstərib.