Putin və Makron yenə Qarabağı müzakirə edəcəklər

Putin və Makron yenə Qarabağı müzakirə edəcəklər

Fransa Prezidenti Emmanuel Makron və Rusiya Prezidenti Vladimir Putin bu ilin sonuna qədər növbəti danışıq aparmaq barədə razılaşıblar.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bu barədə Yelisey Sarayından məlumat verilib

“Prezidentlər müzakirə olunmuş məsələlərə yenidən qayıtmaq üçün növbəti dəfə danışmaq barədə razılaşıblar”, – deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron və Rusiya Prezidenti Vladimir Putin arasında dünən baş tutan telefon danışığı zamanı Belarus-Polşa sərhədi, Ukrayna və Qarabağ münaqişəsinin həlli yolları müzakirə edilib.