Qafqazda durum: Yoluxmaların və ölümlərin yarısı Ermənistanın payına düşür

Qafqazda durum: Yoluxmaların və ölümlərin yarısı Ermənistanın payına düşür

Adətən əhalisinin sağlamlığı və uzunömürlülüyü ilə fəxr edən Qafqaz ərazisi də koronavirusun əsarəti altındadır. Ərazinin 3 böyük ölkəsində xüsusi karantin rejimləri elan olunsa da, yoluxmaların sayı artmağa davam edir.

NOCOMMENT.az bu gün saat 16:00 üçün Qafaz ölkələrinin statistikasını tərtib edib. Cədvəldən göründüyü kimi, Ərazidə yoluxmaların və ölümlərin yarısı Ermənistanın payına düşür.

Yoluxmaların sayına ikinci yerdə ölkəmiz qərarlaşıb, Gürcüstan isə hər iki göstərici üzrə üçüncüdür. Təəssüf ki, Çeçenistan kimi balaca bir ölkədə cəmi 15 yoluxma qeydə alınsa da, artıq bir ölüm faktı da mövcuddur.

Ərazidə yoluxmanın qeydə alınmadığ yeganə inzibati subyekt Qaraçay-Çərkəz Respublikasıdır.