Qarabağda daha bir erməni cəsədi aşkarlandı

Qarabağda daha bir erməni cəsədi aşkarlandı

Qarabağda 44 günlük müharibə zamanı itkin düşən ermənilərin meyitlərinin və qalıqlarının tapılması istiqamətində axtarış işləri uzun fasilədən sonra bərpa olunub.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, , bu barədə qondarma ölkənin fövqəladə hallar xidmətinin sözçüsü Unan Tadevosyan məlumat yayıb. Onun sözlərinə görə, bazar ertəsi axtarış qrupu Füzuli rayonunda daha bir erməni cəsədinin qalıqlarını aşkar edib. Onun şəxsiyyəti məhkəmə-tibbi ekspertizasından sonra məlum olacaq.

Axtarış işləri bir neçə həftə əvvəl dayandırılmışdı.

Xatırladaq ki, üçtərəfli atəşkəs bəyanatının imzalanmasından indiyədək aparılan axtarışlar zamanı ümumilikdə 1 698 erməni cəsədi və qalıqları aşkar edilib.