Qarabağda tapılan erməni cəsədlərinin sayı kəskin artdı

Qarabağda tapılan erməni cəsədlərinin sayı kəskin artdı

Hadrut qəsəbəsinin ərazisində aparılan axtarışlar zamanı Ermənistan silahlı qüvvələrinin ikinci Qarabağ müharibəsində Azərbaycan Ordusu tərəfindən məhv edilmiş daha 8 hərbçisinin meyiti tapılıb.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə qondarma ölkənin fövqəladə hallar xidmətinin sözçüsü Unan Tadevosyan məlumat yayıb. Onun sözlərinə görə, meyitlərin şəxsiyyətləri məhkəmə-tibb iekspertizasından sonra müəyyənləşdiriləcək.

Bununla da Azərbaycanın işğaldan azad edilmiş ərazilərində tapılan itkin erməni hərbçilərinin meyitlərinin sayı 1 576-yə çatıb.