“Rusiya Sülhməramlı Kontingentinin (RSK) böyük maşın karvanının şəxsi heyətlə Laçın dəhlizi ilə Xankəndidən yola düşməsi faktdır”.
NOCOMMENT xəbər verir ki, bu barədə “Caliber” məlumat yayıb.
Mətbuat orqanı sözügedən şəxsi heyətin Ukraynaya göndərilməsi ehtimalının olduğunu iddia edib.
Digər bir iddiaya görə isə, RSK hərbçilərinin bir hissəsi Gümrüdəki 102-ci bazaya köçürüləcək. Oradakılar isə Ukraynadakı Rusiya ordusuna kömək üçün göndəriləcək.
“Без Масок ЧИВ” teleqram kanalında Rusiyaya məxsus maşın karvanının Laçın dəhlizi ilə Xankəndidən yola düşməsinin görüntüləri paylaşılıb.
Həmin kadrları təqdim edirik:












